Bakıda intihar cəhdinin qarşısı alınıb

Hadisə
  • 15 fevral, 2016
  • 09:11
Bakıda intihar cəhdinin qarşısı alınıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. “Report” xəbər verir ki, fevralın 14-də saat 02:05 radələrində Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Mahir Məmmədov Dənizkənarı Milli Parkda özünü dənizə atmaq istəyərək intihara cəhd edib. Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin mühafizəçiləri tərəfindən intiharın qarşısı alınıb.