Bakıda ikimərtəbəli evdə yanğın olub

Hadisə
  • 08 may, 2015
  • 22:32
Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakı. 9 May. REPORT.AZ/ Bakıda yanğın hadisəsi qeydə alınıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli binanın birinci mərtəbəsində plastik pəncərə və taxta qırıntıları yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.