​Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Hadisə
  • 29 iyul, 2015
  • 08:46
​Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakının Suraxanı rayonunda iki qardaş bıçaqlanıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Bakı şəhər sakinləri Orxan Əsgərli və qardaşı Sabit kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. S.Əsgərli xəstəxanada ölüb.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakinləri Cavid İsgəndərov və Cavanşir Cəfərzadə tutulublar.