Bakıda iki piyadanı maşın vuraraq öldürüb
Hadisə
- 13 iyul, 2016
- 09:03
Bakı. 13 iyul. REPORT.AZ/ Bakıda iki piyadanı maşın vuraraq öldürüb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də saat 21 radələrində Qaradağ rayonu ərazisində İmişli rayon sakini Vüsal Heydərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rüstəm Zahidovu vurub. Xəstəxanaya yerləşdirilən R.Zahidov orada ölüb.
Digər hadisə isə Sabunçu rayonu ərazisində baş verib. Rayonun Balaxanı qəsəbəsində Bakı şəhər sakini Elman Quliyev idarə etdiyi “VAZ-21150” markalı avtomobillə yolu keçən digər paytaxt sakini Ağabəy İsmayılovu vurub. Nəticədə A.İsmayılov hadisə yerində ölüb.
Faktlarla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi və Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
00:55
İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
Region00:27
Ukrayna ilə Britaniya bəzi süni intellekt alətlərini birgə hazırlayacaq
Digər ölkələr23:57
Məsud Pezeşkian və Asim Munir ABŞ-İran danışıqlarını müzakirə ediblər
Region23:44
ABŞ İranı blokadasının bir hissəsi kimi 71 kommersiya gəmisini yönləndirib
Digər ölkələr23:25
Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika23:15
Video
Prezidentin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb
Xarici siyasət22:58
Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq park inşa edəcəklər
Digər ölkələr22:36
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarıb
Digər ölkələr22:25