Bakıda iki minik avtomobili toqquşub: bir nəfər xəsarət alıb

Hadisə
  • 06 fevral, 2016
  • 21:21
Bakıda iki minik avtomobili toqquşub: bir nəfər xəsarət alıb

Bakı. 7 fevral. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda “Saipa” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

"Report" Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan xilasedicilər “Saipa” markalı avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:28-də başa çatıb.