Bakıda iki bacı kişinin cibindən 3450 manat oğurlayıb

Hadisə
  • 08 oktyabr, 2018
  • 08:36
Bakıda iki bacı kişinin cibindən 3450 manat oğurlayıb

Bakı. 8 oktyabr. REPORT.AZ/ Bakıda iki bacı kişinin cibindən pul oğurlayıb. 

"Report" Daxili İşlər Naziriyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 6-da Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb. 

Belə ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan və Könük Süleymanova bacıları saxlanılıblar.