Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 15 yanvar, 2020
  • 19:11
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-21014" markalı minik avtomobilləri toqquşub. Hadisə zamanı 35 yaşlı  Əliyev Samir Sultan oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. S.Əliyev reanimasiyaya yerləşdirilib.