Bakıda yol qəzasında 1 nəfər xəsarət alıb

Hadisə
  • 12 avqust, 2019
  • 20:34
Bakıda yol qəzasında 1 nəfər xəsarət alıb
Foto: "Report"

Bakıda bir nəfərin xəsarət alması nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1965-ci il təvəllüdlü Əhmədov Teymur Əmir oğlu xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.