Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 27 avqust, 2024
  • 03:06
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Suraxanı rayonunda 34 yaşlı kişi yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü Qasımov Amin Allahhüseyn oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.