Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə
  • 05 iyul, 2019
  • 14:19
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda yol qəzası baş verib. 

"Report" xəbər verir ki, iki avtomobil toqquşub. Nəticədə 1995-ci il təvəllüdlü Sovqat Mütəllim oğlu Nəsrullayev xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarının küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.