Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Hadisə
  • 06 iyul, 2021
  • 18:35
Bakıda iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin 1996-cı il təvəllüdlü Fərzəliyev Mətin Vahid oğlu xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.