Bakıda hotelin qarşısında avtomobil piyadanı vuraraq öldürüb

Hadisə
  • 25 iyul, 2022
  • 05:55
Bakıda hotelin qarşısında avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyulun 24-ü saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən “Bilgəh beach” hotelinin qarşısında qeydə alınıb.

Belə ki, Bakı sakini, 1986-cı il təvəllüdlü Sadiq Bəhlulov idarə etdiyi “Kia Rio” markalı avtomobillə hərəkətdə olan zaman hotelin qarşısında yolu keçən piyada, 1982-ci il təvəllüdlü Muradova Təranə İsmayıl qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

44 - Tezliklə