Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Hadisə
  • 16 dekabr, 2019
  • 09:04
Bakıda həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına ağır xəsarət yetirməkdə təqsirləndirilən Xəyyam Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report" xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. Baxış iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. X.Hüseynov 22 yaşlı həyat yoldaşı Əmiraslanova Sevil Vidadi qızını bıçaqlayıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

X.Hüseynova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.