Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub

Hadisə
  • 10 sentyabr, 2018
  • 08:04
Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bakıda hədə-qorxu yolu ilə qadının pulunu alan qrup üzvləri tutulub. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edərək sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən klubların birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə aparmasını, hədə-qorxu gələrək 457 manat pullarını almasını bildiriblər.

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə təhvil verilib.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb. 

44 - Tezliklə