Bakıda həbsdə olan ərinə narkotik aparan şəxs saxlanıldı
Hadisə
- 13 yanvar, 2021
- 07:14
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə "Report"a Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
09:18
Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika09:17
"Kapital Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə09:12
Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Xarici siyasət09:08
AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq
Komanda09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.09.2026)
Maliyyə09:03
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.09.2026)
Maliyyə08:37
Rusiya "Ukrayna Dəmir Yolları"nın Kiyevdəki anbarına zərbə endirib, yeddi nəfər həlak olub
Digər ölkələr08:23
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:04