Bakıda gül satanı bıçaqlayan şəxsə hökm oxunub
Hadisə
- 11 noyabr, 2015
- 09:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gül satan şəxsi bıçaqlamaqda təqsirləndirilən Rauf Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Abbasov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il aprel ayının 25-də "Sovetski" adlanan ərazidə baş verib. R.Abbasov gül satmaqla məşğul olan Əjdər Ağadadaşovu münaqişə zəminində bıçaqlayıb. Hadisədən sonra R.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurmaqda) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
11:21
Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
Digər11:18
Sərxan Hüseynov: "Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi əsas hədəflərdəndir"
Futbol11:18
İlham Əliyev: Azərbaycan Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
Xarici siyasət11:14
İlham Əliyev TDT-nin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşünün iştirakçılarına müraciət ünvanlayıb
Xarici siyasət11:08
İlham Əliyev İspaniya Kralını təbrik edib
Xarici siyasət11:04
AFFA-nın baş katibi Cahangir Fərəcullayev: "Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir"
Futbol11:03
DYP məcburi dayanma zamanı sürücülərə təhlükəsizlik tədbirlərini unutmamağı tövsiyə edib
Daxili siyasət10:59
Foto
AFFA-nın yeni layihələri ictimaiyyətə təqdim olunub
Futbol10:53
Foto