Bakıda gənc xanımı avtomobil vurub, sürücü hadisə yerindən yayınıb
Hadisə
- 22 dekabr, 2019
- 23:57
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda piyadanın vurulması ilə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 24 yaşlı Raya adlı xanım yaşadığı küçədə hərəkət edərkən naməlum avtomobil tərəfindən vurulub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə ("Semaşko") çatdırılıb.
Mərkəzin həkimləri bildirib ki, xəsarət alan piyada müayinə olunub və ona qapalı kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.
Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov
Son xəbərlər
16:31
Çin XİN başçısı Azərbaycana səfər edəcək
Xarici siyasət
16:29
Foto
Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
İnfrastruktur
16:28
Almaniyada ultrasağçıların uğuru – IV Reyxin dirilməsi cəhdləri
Analitika
16:27
Ümumtəhsil məktəblərində vahid geyim forması: hüquqi əsaslar və beynəlxalq təcrübə
Analitika
16:25
"Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament"in detalları açıqlanıb
Biznes
16:22
"Osasuna"nın baş məşqçisi Luis Migel Ramis postunu tərk edib
Futbol
16:21
Kamboca Azərbaycan investorlarına 12 ilə qədər müddətə vergi güzəştləri təklif edib
Biznes
16:16
Foto
Azərbaycan Çində keçirilən üzümçülük və şərabçılıq konqresində iştirak edir
ASK
16:16
Azərbaycanda qadın cüdoçuların sayının artırılması planlaşdırılır
Fərdi