Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs olunub

Hadisə
  • 17 dekabr, 2018
  • 15:21
Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs olunub

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın tutulub.

"Report"un məlumatına görə, Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova Prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs olunub.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 244-cü maddəsi ilə cinayət işi başlanılıb.

44 - Tezliklə