Bakıda evlərində kirayədə qalan şəxsi bıçaqlamaqda təqsirləndirilən gəncə hökm oxunub

Hadisə
  • 15 sentyabr, 2017
  • 12:22
Bakıda evlərində kirayədə qalan şəxsi bıçaqlamaqda təqsirləndirilən gəncə hökm oxunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Röyal Niftəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Niftəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi Bakı şəhərində baş verib. R.Niftəliyev evlərində kirayədə qalan şəxsi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.Niftəliyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.