Bakıda evə silahlı basqın olub, yaralanan var
Hadisə
- 17 fevral, 2023
- 06:32
Bakıda evə basqın edərək vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birinə girən şəxsin pul tələb etməsi və əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.
Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.
Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
12:19
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifakı təqdim olunub
Digər12:16
Tahir Tağızadə etimadnaməsini Aleksandar Vuçiçə təqdim edib
Xarici siyasət12:15
"Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
Ekologiya12:11
Geka Geladze Gürcüstan DTX-nin rəhbəri vəzifəsindən istefa verib
Region12:10
Foto
Bakıda güclü küləklərlə bağlı qabaqlayıcı tədbirlər görülüb
Daxili siyasət12:04
Kubanıçbek Ömüralıyev Türk dövlətlərinin dini liderlərinin Bakı görüşünü dəyərləndirib
Din12:03
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
Biznes11:57
FHN: Ötən həftə 3 nəfərin meyiti tapılıb
Hadisə11:53