Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 25 sentyabr, 2019
  • 08:33
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 17 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki evlərin birindən 200 manat və 17 500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Quliyev və Ağdam rayon sakini H.Süleymanov saxlanılıb.