Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Hadisə
  • 13 aprel, 2019
  • 07:12
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. 

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Qasımova 2-ci Alatava yaşayış sahəsindəki evindən 700 manat pulunun və 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Quluzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 7-nə keçən gecə 2-ci Alatava yaşayış sahəsindəki digər bir evdən mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.