Bakıda evdən 5000 manatlıq qızıl oğurlanıb

Hadisə
  • 25 yanvar, 2020
  • 08:14
Bakıda evdən 5000 manatlıq qızıl oğurlanıb

Bakının Binə qəsəbəsində evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, bununla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.