Bakıda evdən 2 min manatlıq tikinti materialları oğurlanıb

Hadisə
  • 04 aprel, 2017
  • 06:27
Bakıda evdən 2 min manatlıq tikinti materialları oğurlanıb
Courtesy İmage

Bakı. 4 aprel. REPORT.AZ/ Bakıda evdən 2 100 min manatlıq oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən evlərdən birində qeydə alınıb.

Belə ki, 1975-ci il təvəllüdlü E.Məmmədova məxsus evdən 2 100 manat dəyərində tikinti materialları oğurlanılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar aparılır.