Bakıda yanğın olan evdə meyit aşkarlanıb
Hadisə
- 06 iyul, 2023
- 05:31
Bakıda yanğın olan evdə meyit aşkarlanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan bir otaqlı mənzildə 1 ədəd çarpayı, 1 ədəd yataq dəsti və döşəmə 5 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
07:45
Foto
FHN Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB-3
Hadisə07:42
Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika07:31
Tramp Rusiya-Ukrayna münaqişəsinin "tezliklə başa çatacağını" bəyan edib
Digər ölkələr07:07
"Axios": Tramp Nyu-Yorkda Fars körfəzi ölkələrinin liderləri ilə görüşəcək
Digər ölkələr06:42
İzmirdə 31 qanunsuz miqrant saxlanılıb
Region06:12
"Politico": Fon der Lyayenin təhlükəsizlik təşəbbüsləri NATO-da narahatlıq doğurur
Digər ölkələr05:50
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edib
Digər ölkələr05:15
Tale Əliyev: BMT Azərbaycana qarşı törədilmiş təcavüzün qarşısını ala bilməyib
Xarici siyasət05:05