Bakıda polis əcnəbi vətəndaşların pullarını oğurlayan şəxsi saxlayıb
Hadisə
- 30 avqust, 2019
- 07:25
Bakıda əcnəbi vətəndaşların pulları oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edən 2 əcnəbi vətəndaş avqustun 28-də axşam saatlarında N.Rəfibəyli küçəsində onlara yaxınlaşmış naməlum şəxsin içərisində 100 manat, 100 ABŞ dolları və 200 real olan pulqabılarını açıq talama yolu ilə apardığını bildiriblər.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırma aparılıb. “İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Miriyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
09:12
İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
Digər ölkələr09:07
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
Mədəniyyət siyasəti09:00
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2026)
Maliyyə08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16
Paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:01
Bursada TIR motosikletə çırpılıb, iki nəfər ölüb
Region07:42