Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb

Hadisə
  • 22 oktyabr, 2017
  • 21:06
Bakıda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı bıçaqlanıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1989-cu il təvəllüdlü Miriyev Əsəd Mircəfər oğlu metronun Neftçilər stansiyası yaxınlığında mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisəni taksi sürücüsü törədib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Ə.Miriyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparıcı mütəxəssisidir.