Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Hadisə
  • 30 iyun, 2023
  • 17:04
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Məlumata görə, Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

44 - Tezliklə