Bakıda çörək sexinin sahibini öldürən fəhlənin məhkəməsi başlayıb
Hadisə
- 04 dekabr, 2018
- 08:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 18-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.
Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
10:47
Müşfiqabadda Zəfər Günü ilə əlaqədar ağacəkmə tədbiri keçirilib
Ekologiya
10:38
Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi
10:33
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
Energetika
10:17
Foto
"ASAN xidmət"in Cibuti, Qvineya-Bisau, Surinam, Syerra-Leone və Dominikanda tətbiqi haqqında müzakirələr aparılıb
Xarici siyasət
10:14
Qətər ABŞ və İran arasında danışıqların uğursuzluqla nəticələndiyinə dair xəbərləri təkzib edib
Digər ölkələr
10:11
Azərbaycan Basketbol Liqası: "Neftçi" bu gün NTD ilə qarşılaşacaq
Komanda
10:08
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri noyabrın 8-9-da işləməyəcək
Sosial müdafiə
10:03
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Energetika
10:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (07.11.2026)
Maliyyə