Bakıda batan gəncin meyiti tapılıb

Hadisə
  • 02 avqust, 2015
  • 04:33
Bakıda batan gəncin meyiti tapılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 1600 m aralıda, nəzarətsiz ərazidə) çimərkən batan 1999-cu il təvəllüdlü Qəniyev Amil Elşən oğlunun axtarışları başa çatıb.

“Report” FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Qəniyevin cəsədi batdığı ərazidə sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:56-da başa çatıb.