Bakıda avtoservisdən avtomobil qaçıran usta köməkçisinin məhkəməsi başlayır
- 08 oktyabr, 2019
- 11:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda avtomobil qaçırmaqda təqsirləndirilən Tərlan Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Hakim Samir Məmmədovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakının Nərimanov rayonu ərazisində baş verib.
Şıxəliyev küçəsində yerləşən avtoservisdə usta köməkçisi işləyən Saatlı rayon sakini, 1992-ci il təvəllüdlü Qasımov Tərlan Məmməd oğlu "Azevrostar" şirkətinə məxsus "Niva" markalı avtomobili qaçırıb. Onun hadisəni törədən vaxt sərxoş olduğu bildirilir. Polis tərəfindən saxlanılan T.Qasımov məsuliyyətə cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 185.1-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham verilib.