Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Hadisə
  • 19 mart, 2019
  • 07:43
Bakıda avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar

Yasamal və Binəqədi rayonlarında avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 16-da Bakı şəhər sakini V.Mahmudovun “Mercedes” markalı avtomobilindən 200 manat və gödəkçə oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Cəfərov saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə E.Ağazadənin “BMW” markalı avtomobilindən noutbuk və sənəd oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini S.Pənahov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır. 

44 - Tezliklə