Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanılıb
Hadisə
- 17 iyul, 2023
- 08:15
Bakıda avtomobillə qadını vuraraq qaçan sürücü saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 15-də saat 22 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini G.Həsənovanın avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və 16-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi məlum olub və həmin avtomobilin sürücüsü, paytaxt sakini İsmayıl Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
11:49
Azərbaycan Premyer Liqasının III turu tamaşaçı rekordu ilə əlamətdar olub
Futbol11:41
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
Xarici siyasət11:37
Xabarovskdakı qızıl yatağında uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Region11:36
Sabirabadda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edilib
Hadisə11:35
SOCAR-ın Türkiyədəki zavodu iyunda aviayanacaq istehsalının həcmini açıqlayıb
Energetika11:29
Video
Azərbaycanlı jurnalistlər Bişkekə gediblər
Xarici siyasət11:25
Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi Premyer Liqada 200-cü oyununa çıxıb
Futbol11:22
Novak Cokoviç 20 ildən sonra ilk dəfə "Böyük Dəbilqə"nin startında məğlub olub
Fərdi11:20