Bakıda avtomobildən pul və mobil telefon oğurlanıb

Hadisə
  • 03 oktyabr, 2019
  • 08:28
Bakıda avtomobildən pul və mobil telefon oğurlanıb

Bakıda avtomobildən pul və mobil telefon oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 23-də rayon ərazisində “Opel” markalı avtomobildən 1320 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Cəfərov saxlanılıb.