Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb
Hadisə
- 20 mart, 2019
- 07:24
Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini T.Mirzəzadə martın 17-nə keçən gecə Yeni Yasamal-1 yaşayış sahəsində evinin qarşısında saxladığı “Niva” markalı avtomobilinin yan güzgülərinin oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Ağdam rayon sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Q.Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
11:17
Nazir: "Super elit və elit toxumların istehsalına subsidiyalar veriləcək"
ASK11:16
Xəzər dənizində zəlzələ olub
Hadisə11:13
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:12
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-avqust, 2026)
Maliyyə11:06
İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
Region11:01
"Qəbələ" Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
Futbol10:58
Foto
Hərbi Prokurorluğun rəhbərliyi Naxçıvanda hərbi qulluqçularla görüşüb
Hadisə10:57
"Culfa" tankeri əsaslı təmir edilərək istismara qaytarılıb
İnfrastruktur10:54