​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb

Hadisə
  • 10 aprel, 2015
  • 08:40
​Bakıda avtomobil sürücüsü iki qadını vuraraq qaçıb

Bakı. 10 aprel. REPORT.AZ/ Bakının Nizami rayonunun Z.Bünyadov prospektində avtomobil iki piyadanı vurub. “Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hələlik istintaq tərəfindən müəyyən edilməmiş avtomobillə yolu keçmək istəyən Bakı şəhər sakinləri Röyalə Bayramova və Günel Ağayeva vurulublar. R.Bayramovaya və G.Ağayevaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nizami Rayon Polis İdarəsi (RPİ) tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.