Bakıda avtomobil qəzaya uğrayaraq yanıb, xəsarət alan var
Hadisə
- 05 avqust, 2017
- 00:29
Bakı. 5 avqust. REPORT.AZ/ Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Heydər Əliyev prospektinin Nizami rayonundan keçən hissəsində, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin yaxınlığında baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan "Renault Loqa" minik avtomobili həmin ərazidə idarəetmədən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. Avtomobil bundan sonra yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobildə başlamış yanğının qarşısı alınıb.
Qəza zamanı 1 nəfər xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:59
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb
Digər ölkələr05:22
Niger Fransanı hərbi qiyam törətməkdə ittiham edib
Digər ölkələr04:49
Media: ABŞ kəşfiyyatı hesab edir ki, İranın öz gücünə inamı artıb
Digər ölkələr04:07
Antalyada cinayətkar qruplaşmaları təbliğ edən 10 nəfər saxlanılıb
Region03:39
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib
Digər ölkələr03:18
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
Futbol02:46
Türkiyə Prezidenti 12 ölkəyə yeni səfir təyin edib
Region02:21
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
Digər ölkələr01:52