Bakıda avtomobil qadını vuraraq öldürüb
Hadisə
- 04 avqust, 2022
- 05:37
Bakıda avtomobil qadını vuraraq öldürüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə avqustun 3-ü, saat 21:30 radələrində "Olimpiya" stadionunun yaxınlığında qeydə alınıb.
Belə ki, paytaxt sakini Rzayev Rafis Ramiz oğlu idarə etdiyi "Ford Transit" yük avtomobil ilə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan piyada qadını vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
22:58
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarını qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət22:47
Maduronun müttəfiqi ABŞ-də çirkli pulların yuyulması ittihamını etiraf edib
Digər ölkələr22:22
Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" Asiya Çempionlar Liqasına ağır məğlubiyyətlə start verib
Futbol22:12
Sabah Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq
Energetika22:07
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində struktur dəyişikliyi olub
Futbol21:47
Brent neftinin qiyməti 109 dolları ötüb, WTI 5%-dən çox bahalaşıb
Energetika21:42
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib
Digər ölkələr21:39
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər
Digər ölkələr21:20