Bakıda avtomobil qaçıran şəxs saxlanılıb
Hadisə
- 17 yanvar, 2020
- 08:15
Bakıda avtomobil qaçıran şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini R.Kərimov yanvarın 16-da Ə.Naxçıvani küçəsindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.
Müraciətlə əlaqədar dərhal Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
16:38
Timur Pistryuqa: Minatəmizləmə ərazilərin bərpasının təməlidir
Xarici siyasət16:34
BŞTİ: XI sinif məzunlarından 42-si qızıl, 29-u gümüş nişana layiq görülüb
Elm və təhsil16:33
Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH
Analitika16:26
Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Digər ölkələr16:24
Bakıda 5 müntəzəm marşrut "brutto müqavilə" sisteminə qoşulub
İnfrastruktur16:24
Adino Mustedanaqiç: "UEFA Gənclər Liqasında əsas məqsədimiz inkişaf etməkdir"
Futbol16:19
Ukrayna və Almaniya "Drone Deal" sazişi üzrə işi yekunlaşdırır
Digər ölkələr16:19
Məntəqə tipli cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirilib
Daxili siyasət16:19