Bakıda avtomobil qaçıran şəxs mağazadan oğurluq etdi

Hadisə
  • 20 may, 2020
  • 07:37
Bakıda avtomobil qaçıran şəxs mağazadan oğurluq etdi

Bakıda avtomobil qaçıran şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 8-də K.Qarayevin “VAZ-2107” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Məmmədov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun mayın 14-də rayon ərazisindəki mağazaların birindən 2 700 manat dəyərində ərzaq məhsulları oğurlaması da müəyyən edilib.