Bakıda avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb
Hadisə
- 03 noyabr, 2015
- 11:26
Bakı. 3 noyabr. REPORT.AZ/ Bakıda fərdi avtodayanacaqda baş verən yanğın nəticəsində bir nəfər ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş verib. Yanğın söndürüldükdən sonra orada gözətçi işləyən qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılıb.
Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:15
Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:05
Bakı, Ağdaş və Ucarın bəzi ərazilərində işıq olmayacaq
Energetika08:04
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb
Xarici siyasət07:43
NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə gizli əməliyyat qrupu yaradıb
Digər ölkələr07:27
Gəncədə restoran qarşısında başlayan kütləvi dava qanla bitib
Hadisə07:19
Yaponiyada güclü zəlzələ baş verib
Digər ölkələr06:45
Tramp Heqseti silah ehtiyatları barədə məlumatları gizlətməkdə ittiham edib
Digər ölkələr06:22
Britaniyanın müdafiə naziri ianə qalmaqalının mərkəzindədir
Digər ölkələr05:42