Bakıda avtobusda cibgirlik edən şəxs saxlanıldı

Hadisə
  • 03 mart, 2020
  • 08:28
Bakıda avtobusda cibgirlik edən şəxs saxlanıldı

Bakıda avtobusda cibgirlik hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də xətt avtobusunda Bakı şəhər sakini M.Tarverdiyevin cibindən 1 500 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən paytaxt sakini A.Məmmədov tutulub.

44 - Tezliklə