Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Hadisə
  • 02 mart, 2017
  • 11:40
Bakıda arvadını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü F.Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda Bakının Xəzər rayonunda baş verib. Şüvəlan qəsəbə sakini 1972-ci il təvəllüdlü F.Hüseynov həyat yoldaşı, 1971-cı il təvəllüdlü Rəna Hüseynovanı bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum okub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən F.Hüseynov həbs edilib.

O, Cinayət Məclləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.