Bakıda analığının 340 min dollarını mənimsəyən şəxsə şərti cəza verilib
- 28 dekabr, 2017
- 08:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və sənədlərin saxtalaşdırmaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü N.Z. cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Z. 5 il müddətinə azadlıqdan məhrum edilib. Ona şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittiham aktına əsasən, N.Z. analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçirib. Belə ki, G.Əliyeva pulunu banka qoymaq üçün ona verib. Banka qoyulan pullar G.Əliyevanın xəbəri olmadan ələ keçirilib.
N.Z. analığı G.Əliyevanın ümumilikdə 340 min dollar pulunu sənədləri saxtalaşdırmaq yolu ilə mənimsəyib.