Bakıda ahıl kişi ehtiyatsızlıqdan xəsarət aldı

Hadisə
  • 29 mart, 2020
  • 02:34
Bakıda ahıl kişi ehtiyatsızlıqdan xəsarət aldı

Bakıda 65 yaşlı kişi xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsində 1955-ci il təvəllüdlü Kindsfater Aleksandr Aleksandroviç nərdivandan yıxılaraq ağır xəsarət alıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı yaralıya sol mil sümüyünün sınığı diaqnozu qoyulub. 

Ramin Şahbazov