Bakıda ahıl kişi döyülərək ağır xəsarət alıb

Hadisə
  • 08 iyun, 2017
  • 04:41
Bakıda ahıl kişi döyülərək ağır xəsarət alıb

Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Bayıl qəsəbəsində 63 yaşlı Pənahov Rafael Aslan oğlu tanımadığı şəxs tərəfindən döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.