Bakıda ağaclıq sahədə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2

Hadisə
  • 07 iyun, 2018
  • 13:02
Bakıda ağaclıq sahədə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2
Report/ Firi Salim

Fotolar əlavə olunub


*** 16:33

Bakı. 7 iyun. REPORT.AZ/ Bakının Yasamal rayonunda Nəriman Nərimanov heykəlinin ətrafında yerləşən ağaclıq sahədə baş verən yanğın söndürülüb.  

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ərazidəki ağaclıq sahəsindəki quru ot yanıb. 

*** 16:24

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 

"Report"un məlumatına görə, Nazirlikdən bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. 

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, təxminən, 2 ha sahədə quru ot və məişət tullantıları yanıb. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Foto: Firi Salim