​Bakıda 76 yaşlı piyada qəza zamanı dünyasını dəyişib - FOTO

Hadisə
  • 25 may, 2015
  • 23:49
​Bakıda 76 yaşlı piyada qəza zamanı dünyasını dəyişib - FOTO

Bakı. 26 may. REPORT.AZ/ Bakıda 76 yaşlı qadın piyadanı maşın vurub.

“Report”un məlumatına görə, hadisə Nizami rayonu “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Qəza zamanı 1939-cu il təvəllüdlü Cəmilə Əli qızı yolu keçmək istəyən zaman “BMW” markalı avtomobil tərəfindən vurulub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza ilə bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə