Bakıda 60 yaşlı kişini avtomobil vurub
Hadisə
- 25 dekabr, 2021
- 18:43
Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Metronun "Koroğlu" stansiyasının yaxınlığında piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçən 1961-ci il təvəllüdlü Salayev Sərxan Taleh oğlunu minik avtomobili vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, təpə-ənsə nahiyəsinin sıyrılmış əzikləri və sol sirkə kasasının yerdəyişən qəlpəli sınıqları diaqnozları qoyulub.
Yaralı ağır vəziyyətdə olduğundan, o reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.
Son xəbərlər
23:25
Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
Digər ölkələr23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Region22:25
Şimali Kiprdə üç günlük matəm elan edilib
Region22:15
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib
Futbol22:12
Türkiyədə idman zalında yanğın baş verib, ölən və yaralananlar var
Region22:02