Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Hadisə
  • 27 noyabr, 2015
  • 03:41
Bakıda mənzildə kişi meyiti aşkarlanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, paytaxtın Suraxanı rayonunda mənzildə 1956-cı il təvəllüdlü Öner Resul bağlı qapı arxasında qalıb.

Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin giriş qapısını açıblar və adı çəkilən şəxsin cəsədini aşkarlayıblar. R.Önerin cəsədi aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:06-də başa çatıb.